Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla İtaliya arasında kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Tarix: 27-06-2025 22:38     Baxış: 343 A- / A+
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasında işgüzar səfərdədir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində M.Məmmədov İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyasının (“FederUnacoma”) prezidenti Mariateresa Maschio ilə görüşüb.

M.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ölkəmizdə aqrar sahənin torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmləri mövcuddur. Görüşdə İtaliyanın təchizatçı şirkətləri tərəfindən Azərbaycanda müasir kənd təsərrüfatı texnikalarının təqdimatının keçirilməsi məsələsi müzakirə edilib.

İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyasının (“FederUnacoma”) prezidenti Mariateresa Maschio öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, Federasiya müasir kənd təsərrüfatı texnika və avadanlıqları istehsal edən şirkətləri özündə birləşdirir. Mariateresa Maschio aqrar sahədə Azərbayanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi, xüsusilə Azərbaycanın kənd təsərrüfatı texnikaları parkının yenilənməsi və mexanizasiya səviyyəsinin artırılması, Azərbaycanda İtaliya Kənd Təsərrüfatı Texnikası Mərkəzinin yaradılması perspektivləri, resurslara qənaət edən texnologiyaların təşviqinə yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar