Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

İtkin düşmüş hesab edilən Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapılıb

Tarix: 27-06-2025 20:50     Baxış: 459 A- / A+
İtkin düşmüş hesab edilən Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapılıb
II Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları tapılıb.

Manevr.az
-ın xəbərinə görə, Lerik rayonunun Hoveri kənd sakini olan Məmməd Xudaverdiyevin cəsədinin qalıqları 82 il sonra Rusiya Federasiyasının Smolensk vilayətində aşkarlanıb. O, 1942–1943-cü illərdə II Dünya Müharibəsində iştirakçısı olub.2025-ci ilin fevral ayının əvvəlində Rusiyanın “Krasnoarmeets” axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardığı ekspedisiya zamanı səngərdə bir-birindən bir metr aralıda tapılan dörd Qırmızı Ordu əsgərinin qalıqlarını aşkar edib.
Onlardan birinin şəxsiyyəti onunla birlikdə tapılan, üzərində baş hərfləri və soyadı – “M.F.Xudaverdiyev” yazılan metal qaşıq vasitəsilə müəyyənləşdirilib. Daha sonra aparılan arxiv araşdırmaları nəticəsində həmin əsgərin 1918-ci il təvəllüdlü, Lerik rayonunun Hoveri kəndindən olan Məmməd Fəttahoviç Xudaverdiyev olduğu təsdiqlənib.
Qeyd edək ki, Xudaverdiyev 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılıb və 134-cü atıcı diviziyanın tərkibində döyüşlərdə iştirak edib. O, 1 iyun 1943-cü ildə Smolensk vilayətinin Verdino kəndi yaxınlığında yerləşən yüksəkliklər uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu.apa

Manevr.az

İtkin düşmüş hesab edilən Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapılıbİtkin düşmüş hesab edilən Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapılıb



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar