Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - MN

Tarix: 27-06-2025 12:46     Baxış: 3117 A- / A+
MN: Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir
Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbul şəhərində keçirilən “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləyib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Buldirilib ki, sonra Konya şəhərinə gələn Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.
Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara ətraflı məlumat verilib.
“Anadolu Qartalı - 2025” təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiya vasitələri cəlb olunub.
Səfər çərçivəsində general-polkovnik K.Vəliyev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb.
Keçirilən görüşlər zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar