Sizin Reklam Burada
Xəbər lenti
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur stilist Cahid Şahbazovu və onu müdafiə edənləri tənqid etdi

Tarix: 26-06-2025 16:24     Baxış: 390 A- / A+


Məşhur stilist Anar Ağakişiyev oftalmoloq Cahid Şahbazovu və onu müdafiə edənləri tənqid edib.
Manevr.az Teleqraf-a istinadən xəbər verir ki, Anar Ağakişiyev oftalmoloq tərəfindən səhv əməliyyat olunaraq sol gözü kor edilən Humay Əliyeva adlı xanımı müdafiə edib.
"Sözüm həkimin çevrəsində olan və vicdanını itirən beş-altı nəfərədir. Mənfəətə görə heç kimin tərəfini saxlamayın. Sizin restoranda ödənişinizi ödəyir, onun sayəsində xaricə gedib gəlirsiniz. Şərhlərdə yazırsınız ki, həkimə qarşı piar aparılır, bizim ailədən gediblər, hamı razı qalıb. Əgər bu əməliyyatı bacarmırsa, etməsin. Özünüzü yığışdırın, qara piardır, özünü reklam edir və sair.
Mənim reklama ehtiyacım yoxdur. Məni tanıyanlar tanıyır. Üz-gözün problemi olan insanların daim yanında oluram və olacam da. Bir az vicdanlı olun, hədiyyəyə görə yalan danışırsınız",- deyə stilist bildirib.

A.Ağakişiyev iddia edib ki, oftalmoloq televiziyaya reklamı üçün yüksək məbləğdə pul xərcləyir: "O həkimin televiziyaya ay ərzində reklam üçün nə qədər pul xərclədiyini mən bilirəm, siz yox. O insanları "invalid" edir. Amma sizə çanta aldığına, İstanbula aparıb, yedirdib-içirtdiyinə görə onu müdafiə edirsiniz".

Qeyd edək ki, bir neçə gün öncə Humay Əliyeva adlı xanım oftalmoloq Cahid Şahbazov tərəfindən səhv əməliyyat olunduğunu bildirərək, sol gözünün kor olduğunu iddi edib.

Xatırladaq ki, oftalmoloq Anar Ağakişiyevin də ayağından əzələ götürərək, göz qapağına yerləşdirib. Lakin əməliyyat uğursuz alınıb, göz qapağı tam bağlanmayıb və nəticədə stilistin gözündəki laqrimal (gözyaşı) vəzi quruyub. Stilist Türkiyədə müalicə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar