Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı - Şəkillər

Tarix: 25-06-2025 23:40     Baxış: 369 A- / A+
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə satış obyektlərində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməyən saxta alkoqollu içkilər aşkarlanıb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, satışı həyata keçirilən bir neçə adda alkoqollu içkilərin qida təhlükəsizliyi reyestrindən çıxarışı olmayan müəssisələr tərəfindən istehsal olunduğu, alkoqollu içkilərin üzərində göstərilən istehsalçıların mövcud olmadığı, mənşəyi, istehsalçının adı, ünvanı barədə dolğun məlumatların göstərilmədiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, saxta məhsulların satışının qarşısı alınıb və ümumi həcmi 168 litr olan 12 adda müxtəlif həcmli 305 ədəd alkoqollu içkinin dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar olunub.

Qərarın icrası təmin edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar