Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Müzəffər ordumuz qurur mənbəyimizdir” mövzusunda tədbir keçirib - Şəkillər

Tarix: 25-06-2025 23:01     Baxış: 3133 A- / A+
Bu gün Kəlbəcər rayon İcra Hakimiyətinin Konfuras zalında  Kəlbəcər rayon Ağsaqqallar şurasının iclası keçirilib. 

İclasda 2 məsələylə baxılıb.

1- ci məsələ 26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı.

2- məsələ Dünyasını dəyişmiş İdarə Heyyətinin üzvlərinin yerinə, yeni üzvlərin seçilməsi məsələsi.
  
Konfransda Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon İcra Hakimiyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Heydər Bəylərov, YAP Kəlbəcər rayon Təşkilatının sədr müavini Qənaət Əsgərov, Kəlbəcər rayon Həmkarlar İttifaqının sədri Əli Bağırov, İdarə Heyətinin üzvləri və rayon ağsaqqallar iştirak ediblər.

Torpaqlarımızın azadplığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və  dünyasını dəyişmiş rayon ağsaqqallarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Aqil Məmmədov giriş nitqində tədbir iştirakçılarını salamlayaraq, milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların ölkəmizin, eləcə də şəhər və rayonlarımızın ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs edib.

Daha sonra Aqil Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü  26 İyun, milli hərbi quruculuğumuzun və dövlət müstəqilliyimizin simvollarından biri kimi hər il xüsusi təntənə ilə qeyd olunur. Bu əlamətdar tarix, ölkəmizin güclü və mütəşəkkil ordusunun formalaşmasında, ərazi bütövlüyümüzün təmin olunmasında, dövlət suverenliyimizin qorunmasında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi liderliyi ilə sıx bağlıdır.  

26 İyun – Silahlı Qüvvələr Günü təkcə bir bayram deyil, həm də Azərbaycan xalqının öz ordusuna olan inamının və dövlətçiliyə sarsılmaz bağlılığının təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətini müasir dövrdə uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrilmişdir. Bu ordu Vətən müharibəsində, aprel və Günnüt döyüşlərində, lokal antiterror tədbirlərində öz gücünü və məharətini sübut edərək, xalqın iftixar mənbəyinə çevrilmişdir. Bu gün biz qürurla deyə bilərik: Azərbaycanın güclü ordusu var və bu ordu Azərbaycanın suverenliyinin, müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır.

Çıxış edən rayon ağsaqqalları dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaşlı nəslin nümayəndələrinə göstərdiyi dövlət qayğısından danışıblar. Eləcdə natiqlər ölkə rəhbəri, Müzəffər Ali baş Komandan İlham Əliyevə Silahlı Qüvvələrin formalaşdırılması və inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ağsaqqalları ilə keçirilən bu tədbirin Azərbaycan xalqının ordusuna olan sevgisini, dövlətinə və Konstitusiyasına sadiqliyini bir daha nümayiş etdirdiyini xüsusi vurğuladılar.

Tədbrin sonunda rayon Ağsaqqallar Şurasının İdrə Heyyətinin tərkibinə yeni üzvlər seçilib.

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar