Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər “kupça”nı daha tez alacaqlar

Tarix: 25-06-2025 17:05     Baxış: 463 A- / A+
 
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların siyahısı genişləndirilir.
Manevr.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunacaq.
Əmlak məsələləri üzrə ekspert Rahim Əliyev Musavat.com-a deyib ki, bu dəyişiklik o deməkdir ki, artıq təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində dağılan və yararsız vəziyyətə düşən evlərin yerinə dövlət hesabına tikilən yeni evlərin sənədləşdirilməsi daha asan olacaq:
“Əvvəllər belə evlərin rəsmi qeydiyyata alınması üçün daha çox sənəd tələb olunurdu. İndi isə həmin yeni tikilmiş evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı, tikinti layihəsinin memarlıq-planlaşdırma hissəsi və istismarına icazə sənədi bu proses üçün yetərli olacaq. Yəni bu sənədlər təqdim olunarsa, həmin mənzilin və ya evin rəsmi çıxarışı (kupçası) veriləcək”.
Ekspertin sözlərinə görə, məqsəd odur ki, insanlar itirdikləri evlərin əvəzində aldıqları yeni evlərin mülkiyyət sənədlərini daha tez və problemsiz ala bilsinlər:
“Bu dəyişiklik dövlət vəsaiti hesabına tikilən evlər üçün nəzərdə tutulur. Vətəndaşların əlavə sənəd toplamasına ehtiyac qalmayacaq, çünki lazım olan məlumatlar dövlət tərəfindən təqdim olunacaq”.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar