Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bu rayonların icra başçısı vəzifəsi boşdur

Tarix: 25-06-2025 15:37     Baxış: 375 A- / A+
Azərbaycanda hazırda 3 rayonun icra başçısı vəzifəsi boşdur.
Manevr.az Teleqraf-a istinadən xəbər verir ki, bunlar Qax, Bakı şəhərinin Nəsimi və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır.
Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncamla Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev vəzifəsindən azad edilib. O, həmin posta 2010-cu ildə təyinat almışdı.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyunun 20-də Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və icra başçısı M.Şəkiliyevi saxlayıb. Səbail Rayon Məhkəməsi M.Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan təbdir seçib. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
Hələlik Qaxın icra başçısı vəzifəsinə təyinat olmayıb. Bu vəzifəni müvəqqəti olaraq İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev yerinə yetirir.
Bakının Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı postu da boşdur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncamla icra başçısı Asif Əsgərov işdən çıxarılıb. O, 2015-ci ildə həmin vəzifədə çalışırdı. A.Əsgərov hazırda Milli Məclisin deputatıdır.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti olaraq başçının müavini Zahid Xəlilov icra edir.
Azərbaycanın ən uzun müddətə icra başçısız qalan rayonu Culfadır. Prezident İlham Əliyev 2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyevi vəzifəsindən azad edib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı.
Adıçəkilən rayonun icra başçısının səlahiyyətlərinin icrası müvəqqəti olaraq başçının müavini Sara Hüseynovaya tapşırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar