Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sosial yardımlarla bağlı ŞAD XƏBƏR

Tarix: 25-06-2025 14:14     Baxış: 384 A- / A+

Sosial yardımlarla bağlı ŞAD XƏBƏR

Milli Məclis "Yaşayış minimumu haqqında" Qanunu qəbul edib. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Belə ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institusional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi.
 
Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq. Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənl edilərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.
 
Bəs sosial yardımlar da artırılacaq?

Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Vüqar Bayramov deyir ki, yaşayış minimunun məbləği büdcə layihəsi ilə birlikdə hər il cənab Prezident tərəfindən təqdim olunan sənəddə öz əksini tapır:

“Sözügedən sənəd Milli Məclis tərəfindən qəbul olunub, Dövlət Başçısı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. Son illər yaşayış minimunun hər il artmasını müşahidə edirik. Artıq bu məbləğ 285 manat, yəni ehtiyac meyarıyla eynidir. Təbii ki, yeni qanunun qəbulundan sonra yeni qida normaları müəyyənləşib. Eyni zamanda istehlak səbətinin yeni tərkibi müəyyən ediləcək.
 
Bu da ondan xəbər verir ki, yaşayış minimumu yenidən artırılması gözləniləndir.
 
Təbii ki, 2025-ci ilin payızında, yeni büdcənin müzakirələrində konkret məbləğ bəlli olacaq. Məbləğə uyğun da ehtiyac meyarı və sosial yardım məbləğinin hesablanması həyata keçiriləcək. Bütövlükdə gözlənti ondan ibarətdir ki, yaşayış minimunun yenidən artacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar