Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlər dünyada yeni qan qrupu aşkarladılar

Tarix: 25-06-2025 08:17     Baxış: 362 A- / A+

Alimlər dünyada yeni qan qrupu  aşkarladılar
Fransa Qan Müəssisəsi qan qrupu sistemlərinə dair mühüm elmi yeniliyə imza atıb. Qurumun yaydığı rəsmi açıqlamaya əsasən, tədqiqatçılar Karib dənizində yerləşən Qvadelupa adasından olan bir qadında əvvəllər elmi ədəbiyyatda məlum olmayan, “Qvada mənfi” adlandırılan yeni qan qrupu müəyyən ediblər. Bu nadir kəşf Beynəlxalq Qanköçürmə Cəmiyyəti (International Society of Blood Transfusion, ISBT) tərəfindən rəsmən tanınaraq dünyada təsdiqlənmiş 48-ci qan qrupu sistemi kimi qeyd alınıb.

Yeni qan qrupunun aşkarlandığı xəstədə ilk qeyri-adi immunoloji markerlər 2011-ci ildə müşahidə olunub. Lakin həmin dövrdə mövcud texniki imkanlar bu fenomenin dərinləşdirilmiş tədqiqinə şərait yaratmayıb. Kəşfdə iştirak edən EFS-nin tibbi bioloqu Thierry Peyrard bildirib ki, yalnız 2019-cu ildə tətbiq edilən “yüksək məhsuldar DNT ardıcıllığı” texnologiyası sayəsində genetik mutasiyanın dəqiq təhlili mümkün olub.

Tədqiqat nəticələrinə görə, Parisdə yaşayan və kəşf zamanı 54 yaşı olan xəstə valideynlərindən hər ikisinin nadir mutasiyaya malik genlərini irs alıb. Qadında aşkarlanan qan qrupu hazırda dünyada yalnız ona məxsus olan unikal bir genetik konfiqurasiyanı təmsil edir. EFS bu qan qrupunu xəstənin coğrafi mənşəyini nəzərə alaraq və beynəlxalq elmi ictimaiyyətdə qəbul olunması məqsədilə “Qvada mənfi” olaraq adlandırıb.

ABO qan qrupu sisteminin ilk dəfə XX əsrin əvvəllərində kəşf edilməsindən sonra DNT texnologiyasının inkişafı nəticəsində son illərdə yeni qan qruplarının aşkarlanması prosesi sürətlənib. Yeni qan qruplarının müəyyən edilməsi, xüsusilə nadir qan tiplərinə sahib xəstələrə göstərilən tibbi xidmətin dəqiqliyini və effektivliyini artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda Thierry Peyrard və tədqiqat komandası bu unikal qan qrupuna sahib digər fərdlərin aşkarlanması istiqamətində araşdırmalarını davam etdirir. EFS qeyd edir ki, belə nadir hallar təkcə elmi cəhətdən deyil, həm də klinik praktikada donor uyğunluğu və xəstə təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar