Xəbər lenti
Alman kəşfiyyatı onlayn mağaza açıb
Almaniya Federal Kəşfiyyat Xidməti (BND) potensial yeni işçilərin diqqətini cəlb etmək üçün onlayn mağaza açıb.Bu barədə DPA agentliyi məlumat yayıb.
Burada təxminən 20 növ mal satılır: Köynəklər, termoslar, qələmlər və corablar. Kampaniyanın devizi "Dövlət sirrinin şəxsi mülkiyyətdə olması"dır.
Kəşfiyyat nümayəndəsi Martin Heynemannın sözlərinə görə, mağazanın məhsullarına tələbat çox yüksəkdir. O özəl şirkət vasitəsilə idarə olunur. Gələcəkdə məhsulların çeşidinin genişləndirilməsi planlaşdırılır.
"BND mağazası ilə biz xüsusi olaraq gənclərə müraciət etmək və nüfuzumuzu artırmaq istəyirik. Axı, BND cəlbedici işəgötürəndir və daim gənc kadrlar axtarır", - Heynemann vurğulayıb.
Qeyd edək ki, BND Almaniyanın xarici kəşfiyyat xidmətidir. Onun 6,5 minə yaxın işçisi var. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































