Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Məclis sədrinin təşəbbüsü ilə Şəmkirdə növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib

Tarix: 23-06-2025 23:01     Baxış: 350 A- / A+

Şəmkir rayonunda Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlara növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib.

Tədbirdə nəzərə çatdırılıb ki, Azərbaycan müasir, demokratik, hüquqi dövlət kimi, fundamental hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin olunmasını özünün əsas prioriteti elan edib. Bu istiqamətdə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə hüquq sisteminin modernləşməsini və inkişafını təmin edib. Azərbaycan dövləti hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. Bununla belə, seçici müraciətlərində qaldırılan bir sıra məsələləri araşdıranda məlum olur ki, bu problemlər daha çox vətəndaşın həmin məsələ ilə bağlı lazımi məlumata malik olmamasından irəli gəlir. Xüsusilə, hüquqi məsələlərlə əlaqədar olan müraciətlərin bir çoxunda bu tendensiya müşahidə olunur.
 
Mərasimdə çıxış edən VK sədri Anar Bağırov bu kimi aksiyaların keçirilməsinin əhəmiyyətini qeyd edərək, tədbirin təşkilinə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirib.

Sədr deyib ki, Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən görülən işlər ölkəmizdə vəkillik institutunun inkişafına mühüm təkan verir. Bu Sərəncamdan irəli gələrək aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstərilməsi məqsədilə bir sıra addımlar atıldığını xatırladıb. Bu cür ödənişsiz hüquqi yardımın həyata keçirilməsində Kollegiya üzvləri fəal iştirak edirlər. Bu aksiyada da Kollegiyanın üzvləri vətəndaşların suallarını cavablandıraraq, onlara hüquqi yardım göstərəcəklər.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı da bu kimi aksiyaların əhəmiyyətini vurğulayıb, ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımların uğurlu nəticələrindən bəhs edib.

Qeyd edək ki, aksiya zamanı ümumilikdə 50 nəfərdən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib. Müraciət edən şəxslərə şifahi məsləhət verilməklə yanaşı, bəzi sakinlər üçün isə müvafiq  ərizələr yazılıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar