Xəbər lenti
“Kaş, o gün mənim oğlum ölərdi” - Qatilin atası
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində toyda içəndən sonra Aşıq Əlinin qohumunu öldürməkdə təqsirləndirilən Vüsal Neymətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Cavid Hüseynovun icraatında olan prosesdə baxış iclası keçirilib.
Vüsal Neymətov ifadə verərək deyib ki, öldürdüyü Fəxri Kərimovla əvvəlcədən ədavəti olub: “2013-cü ildə kafedə tanışlarımda yeyib-içib gülürdük. Fəxri yan masadan bizdə dedi ki, sakit olub. Mən də cavab verdim ki, kafedədə deyib gülərlər. Üstümə gəlib “ağıllı ol” dedi, heç nə demədim. Durub gedəndə məni təpiklə vurub yerə yıxdı, sonra da döydü. Burnum, dişim sındı.
Ondan sonra Fəxridən uzaq gəzirdim, onun olduğu yerə getmirdim. Hadisə günü toyda da onu görüb çıxmaq istədim, dostlarım qoymadı. Oturub yeyib içdik, sərxoş idim. Birdən ağlıma gəldi ki, Fəxridən qisasımı alım. Onun oturduğu stola yaxınlaşdım, cibimdən bıçağı çıxarıb vurdum. Fəxri ayağa durub yaxamdan yapışdı, bir zərbə də vurdum. Nənəmgilə gedib rahat yatdım, səhər də gedib təslim oldum”.
Mərhum F.Kərimovun atası Kamal Kərimov ifadə verərək deyib ki, oğlunun 4 övladı olub: “Mənim oğlum namaz qılan, oruc tutan adam idi. Yük maşını sürüb ailəsini dolandırırdı, özü də peşəkar idmançı idi. Bu cəlladın isə nəşə çəkən, alkaş olduğunu hamı bilir. Öz atası həmişə deyir ki, oğlumun tərbiyəsi yoxdur. 2013-cü ildəki hadisədə bunun atası Vəli bizə gəlib dedi ki, oğlum bunun oğlunu döyüb. Fəxridən soruşdum, dedi Vüsal kafedə ağzına gələni danışıb, oğlum irad bildirəndə söyüş söyüb, sonra da Fəxrinin üstünə bıçaqla cumub. Fəxri bıçağı onun əlindən alıb bunu döymüşdü. Vəli yalvardı ki, polisə məlumat verməyək. Çünki oğlunun başqa bir bıçaqlanma işi var idi. Sonra da Fəxri onlara gedib Vəlidən təkrar üzr istədi.
Hadisə günü Fəxri toya getmişdi, qardaşım zəng edib dedi ki, Fəxrini bıçaqlayıblar. Xəstəxanaya qaçdım, mən çatanda oğlum ölmüşdü”.
Hadisəni törədən V.Neymətovun atası Vəli Neymətov ifadə verərək oğlunun əməlinə görə vicdan əzabı çəkdiyini deyib: “Fəxrinin atası hacı Kamal çox hörmətli şəxsdir. Kaş o gün mənim oğlum ölərdi, indi danışmağa üzüm yoxdu.
Məhkəmə prosesi iyulun 14-də davam etdiriləcək.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar