Artıq bir neçə gündür ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işləri ilə bağlı suyun verilişində problem yaşanır. Təmir işləri başa çatsa da, lakin bəzi ərazilərdə hələ də su təchizatında yaranan problem tam aradan qaldırılmayıb.
Bəs, görəsən, suyun verilməsi əvvəlki rejimlə nə vaxt tam bərpa olunacaq?
Manevr.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işləri başa çatıb.
Qeyd edilir ki, kəmər vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır.
"Xəttə aparılan təmir işləri ərzində mövcud, həmçinin ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma müşahidə olunduğu üçün hazırda həmin anbarların doldurulması prosesi icra edilir. Hazırda bir çox ünvanlara əvvəlki rejimlə suyun verilməsi bərpa edilib. Digər abonentlərə də suyun ötürülməsi mərhələli şəkildə həyata keçirilir", - qurumdan əlavə olunub.
Qeyd edək ki, iyunun 16-dan etibarən Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranıb.
ADSEA Oğuz-Qəbələ-Bakı su kəmərində işlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacağını bildirib.
Xəbər lenti
Bakıda su təchizatı tam bərpa edilib? - AÇIQLAMA
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar