Xəbər lenti
Əlimdə gül və oyuncaq, sənə gəlirəm, Zəhra...
Azərbaycan Uşaqlar Birliyinin üzvləri Ermənistan ordusunun qətlə yetirdiyi Zəhranın qəbrini ziyarətə gedib.
Bununla bağlı birliyin sədr müavini, uşaq sığınacağının koordinatoru Vasif Akifli Feysbukda məlumat paylaşıb. O, Zəhranın məzarına qoymaq üçün apardığı gülü və oyuncağın fotosunu paylaşaraq bunları yazıb:
“Sübh tezdəndir. Saat 05:00! Heç yatmamışam dünəndən, yata bilməmişəm. Qəribə bir həyəcan, ağır bir ağrı var ürəyimdə. İlk dəfədir uzaq yola həyəcanlı, amma hüznlü çıxıram. Sənə gəlirəm Zəhra! Geciksəm də gəlirəm. Gülünü də, oyuncağını da gətirib sənə gəlirəm. İki gündür hər kəsi Zəhra, hər yeri Füzuli bilirək gəlirəm. Atanın ürəyinə düşən oddan alov almağa gəlirəm, evindəki ağlaşmadan, ruhun gəzən torpağdan, sənsiz açılan sabahdan pay almağa gəlirəm. Gəlirəm... Sadəcə gələ bilirəm. Nə səni geri qaytara bilmirəm, nə atanın ürəyindəki alovu söndürə bilmirəm. Sadəcə gəlirəm.
Çoxdan idi Cocuq Mərcanlıya gəlmək istəyirdim. Bu günə qismət imiş. Cocuğu ölən Mərcana gəlirəm. Zəhra olmağa gəlirəm. Füzuliyə gəlirəm. Alxanlıya gəlirəm! Məzarına bir kəlmə deməyə. Hamımızın yandığını, hamımızın öldüyünü deməyə gəlirəm. Balaca məzarına böyük dərdlə gəlirəm, Zəhra! Hayına çatmasam da, yasına gəlirəm”.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar