Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərin pensiya yaşı artırılır

Tarix: 21-06-2025 12:54     Baxış: 357 A- / A+

Bu şəxslərin pensiya yaşı artırılır - Deputatlar HƏ dedi

Prokurorluqda qulluq keçmənin yaş həddi artırılır və bu, son yaş həddi kimi müəyyənləşdirilir.
Manevr.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.
Təklif edilən dəyişikliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının son yaş həddi 65 yaş olacaq.
Həmçinin prokurorluq işçisi prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdıqda prokurorluq işçisinin qulluq keçməsinə xitam veriləcək.
Bundan əlavə, mövcud qanunvericiliyə əsasən, məhkəmə və hüquq mühafizə orqanlarından, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa işə keçirilən şəxslər ixtisas imtahanlarından azad oluna bilərlər və bu halda onlarla müsahibə aparılır. 
Prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar attestasiyadan keçdikdən sonra verilir.
Təklif edilən dəyişikliyə əsasən, prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar müsahibədən keçdikdən sonra veriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar