Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
02-09-2025
BÜTÜN XƏBƏRLƏR

Smolenskdə həlak olan azərbaycanlı əsgərin şəxsiyyətini qaşıq əsasında müəyyən etdilər - Şəkillər

Tarix: 20-06-2025 22:25     Baxış: 3110 A- / A+
Rusiyanın Smolensk vilayətində qalıqları tapılan sovet ordusunun əsgəri Məmməd Xudaverdiyevə məxsus qaşığın Poklonnaya təpəsindəki Qələbə Muzeyində yaxınlarına təhvil verilməsi mərasimi keçirilib.

Bu barədə TASS xəbər verir.

"Bizə bəxş etdiyiniz Qələbəyə görə təşəkkür edirəm. Həlak olan qəhrəmanların xatirəsi qəlbimizdə əbədi yaşayacaq", - deyə Xudaverdiyevin yaxın qohumu bildirib.

Öz növbəsində, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Yusif Vəzirov axtarış aparanlara gördükləri işlərə görə təşəkkür edib.

"Siz çox lazımlı, çox vacib işlə məşğulsunuz. Bu, həqiqətən də, bizim ümumi Qələbəmizdir - çoxmillətli Qələbə. Bu, bizim yaddaşımızdır və əbədi olaraq bizimlə qalacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın əvvəlində "Krasnoarmeyets" axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonunda ekspedisiya zamanı Qızıl Ordunun dörd əsgərinin qalıqlarını aşkar edib. Onlardan birinin şəxsiyyəti üzərində "M.F.Xudaverdiyev" yazılmış qaşıq sayəsində müəyyən edilib. Arxiv araşdırmaları nəticəsində məlum olub ki, qaşıq böyük ehtimalla sovet ordusunun əsgəri, 1918-ci il təvəllüdlü Məmməd Fəttah oğlu Xudaverdiyevə məxsusdur. Azərbaycanın Lerik rayonunun Hoveri kəndindən olan Xudaverdiyev 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılıb, 134-cü atıcı divizionda döyüşüb. O, 1943-cü il iyunun 1-də Verdino kəndi (Smolensk vilayəti) ərazisində yüksəkliklərə hücum zamanı həlak olub (digər mənbələrə görə, itkin düşüb). oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar