Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ən sadiq 4 bürc: Sevirsə, tam sevər – əsla tərk etməz!

Tarix: 20-06-2025 18:01     Baxış: 344 A- / A+
Ən sadiq 4 bürc: Sevirsə, tam sevər – əsla tərk etməz!
Astrologiyaya görə, hər bürcün özünəməxsus güclü xüsusiyyətləri var. Kimisi azadlığına düşkündür, kimisi isə duyğularının ardınca getməyi seçir. Amma bəzi bürclər var ki, sevdimi, tam qəlbdən sevər və sədaqəti ilə adını tarixə yazdırar.
Manevr.az münasibətlərdə güvən və sədaqətin təcəssümü olan 4 bürcü təqdim edir

Buğa – Sədaqətdə çinar kimidir

Buğa bürcü üçün münasibətlərin təməli güvəndir. Asanlıqla bir münasibətə başlamaz, amma başladımı, onun ömürlük davam etməsini istəyər. Sədaqəti sual altına alına bilməz. Sevdiyi insanı adətən müqəddəs bir yerə qoyar. Əgər bir buğanı qazanmısınızsa, arxanızda dağ kimi bir sevgi var deməkdir. Aldatmaq? Heç vaxt ağlından belə keçməz!

Xərçəng – Qəlbdən bağlanar

Duygusal dərinliyi ilə tanınan Xərçəng bürcü, sevdimi, bütün varlığı ilə sevər. Ailəsinə və partnyoruna çox düşkündür. Onun sədaqəti sadəcə bir söz deyil, həyat tərzidir. Münasibətlərə romantika, şəfqət və qoruyuculuq qatır və asla ilk gedən olmaz. Əgər bir də uşaq arzusu varsa, onu heç nə yolundan döndərə bilməz.

Qız – Məntiqi ilə sevər, amma asanlıqla vaz keçməz

Qız bürcü duyğularını dərhal göstərməz, amma bir münasibətə əməyi keçibsə, onu asanlıqla yarımçıq qoymaz. Onun sədaqəti səssiz, amma dərin olur. Tənqidi yanaşması bəzən səhv başa düşülə bilər, amma əgər qəlbində yer almısınızsa, sizi daim düşünər. Məsuliyyət hissi onu həmişə yanınızda saxlayar.

Oğlaq – Evlilik insanıdır

Oğlaq bürcü ciddi münasibətlərin bürcüdür. Flört və ya keçici həyəcanlar ona görə deyil. Qarşısındakı insanda gələcək görürsə, kök salmağa başlayar. Sədaqəti planlı və qərarlı təbiətindən gəlir. Sevgisini göstərməkdə çəkingən ola bilər, amma arxanızda qayaya bənzər bir dəstək var. Onun üçün sevgi – güvən, hörmət və ömürlük bağlılıq deməkdir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar