Xəbər lenti
Bir nəslin çırağını söndürən qəza: “Ölümündən əvvəl deyib ki, məni tabuta qoyacaqlar” – FOTOLAR
Dünən faciəvi şəkildə avtomobil qəzasına düşüb, həyatlarını itirən 3 gəncin yas mərasimində ananın ağısı ürəkləri dağladı. Allah heç bir anaya bala dağı göstərməsin. Bir ailədə 3 ölü… Üçü də gənc, hələ həyatın dadını çıxartmamış, əcəl kəməndinə tuş gəldilər…
Manevr.az xəbər verir ki yenicag.az-ın əməkdaşları da yas mərasimində olub. Qohumlarının dediyinə görə, iki qardaş xalası oğlunu əsgəri xidmətdən gətirmək üçün gediblər, amma üçünün də cənazəsi qayıdıb:
“Rövşən xalası oğlu Həsəni hərbi hissədən götürüb evlərinə gətirirmiş. Yolda xalası Nanəyə zəng edib ki, xala, yaxşı bir süfrə aç, ən dadlı yeməkləri bişir, məni gözlə, sənə sürpriz edəcəm. Nanə də tez əl-ayağa düşüb, süfrə düzəldib. Amma gözləyib görüb, Rövşəndən xəbər çıxmayıb. Rövşən xalası ilə telefonda danışıb qurtarandan sonra qəzaya uğrayıb. Deyilənə görə yuxulayıbmış, ona görə də qarşıdakı “Shacman”ın altına giriblər. Ana yazığa xəbər veriblər ki, bəs oğlanların qəzada öldü ”.
Nanə ananın fəryadı ürək parçalayır:
“Balamın arzuları yarımçıq qaldı. Deyirdi, ana, evimizə qayıdım, sənə gəlin gətirəcəm”.
İki oğlunu itirən Nərgiz ananı isə heç cür sakitləşdirə bilmirdilər:
“İki balam çırağımı söndürdü, daha mən niyə yaşayıram? Rövşən, məni ölüncə yandıracaqsan. Ürəyinə dammışdı bu dünyadan tez köçəcəyi. Yoldaşına mesaj yazıbmış ki, məni tabuta qoyacaqlar, yarımdan ayrı düşəcəm. Balam məni tək qoyub getdi. Rövşənimin 20 günlük körpəsi qaldı. İndi mən ona necə cavab verim? Necə deyim ki, atan əminlə birgə məni yalnız qoyub getdi?”
Qonşuların dediyinə görə, dünən cənazələr həyətə gətiriləndə hər iki ana şok keçirib:
“Yazıqlar özlərini öldürürdülər. Üç cənazəni yanbayan qoydular. Bilinmirdi hansı hansıdır. Analar meyitlərin üstündə saçlarını yolub-tökdülər. Balalarının sonuncu dəfə üzlərini görə bilmədilər. Qohum-əqrəba qoymadı. O maşının içindən çıxan meyit necə olacaqdı? Maşının orta dəmirləri qalmışdı. İçindən çıxara bilməyiblər, maşının doğrayıb, cəsədləri içindən güclə çıxarıblarmış.”
Onu da öyrəndik ki, Rövşən taksi sürücüsü kimi çalışırmış. O, qəzada ölən xalası oğlu Həsənin bacısı ilə ailə qurmuşdu.
Yas mərasimindən uzaqlaşırıq, amma Nərgiz və Nanə ananın ərşi titrədən naləsini eşitməmək üçün qulaqlarımızı tutmaq belə kara gəlmir.
Qeyd edək ki, hadisə Beyləqandan qayıdan “Daewoo” markalı maşının Ələtdə yük maşınına çırpılması nəticəsində olub. Qaradağ rayonunda baş verən qəza zamanı sürücü, 1991-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və 1993-cü il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyləqanda hərbi xidməti başa vuran xalası oğlanları Həsənov Həsən Bayram oğlu həlak olublar. Xəstəxanaya yerləşdirilən Nicat adlı digər bir şəxsin vəziyyəti ağırdır. Onu da xatırladaq ki, qəzada ölən iki qardaş deputat Şəmsəddin Hacıyevin qardaşı nəvələridir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar