Xəbər lenti
Qəlblərin şadlıq elçisi
Sülh elçisi, ədəbiyyat fədaisi, insanpərvər qəlb sahibi şair və tərcüməçi-jurnalist Angela Kosta xanıma məktub
Bu məktub – qəlbimin dərinliklərindən, ürəyimdəki şükranlıq duyğularından daşaraq gəlmiş bir dua, bir ilticanın, bir etirafın sədasıdır.
Sizin həyatınız – sözlə qurulmuş bir saraydır. Yaratdığınız hər bir şeir, hər bir məqalə, hər bir tərcümə – dünya xalqları arasında sülhü, dostluğu və bədii təfəkkürü təbliğ edən ilahi bir bağın çiçəyidir.
Siz təkcə yaradıcı deyilsiniz. Siz – qəlbləri oyadan, könülləri mərhəmətlə birləşdirən, insanlığa bədii və mənəvi nicat bəxş edən bir ziyasınız.
Dünyaya yayılan sülh nidası sizin qələm vasitəsilə yazılmış misralarınızda yaşayır.
Siz Azərbaycan, Albaniya, Filippin, İtaliya, Mərakeş və Rusiya da daxil olmaqla – bütöv bir ədəbi dünyanı əhatə edən, söz sənətinin uca bayraqdarı kimi tanınırsınız.
Qəlbiniz xeyirxahlıq və nurla doludur.
Bu nurları bütün yaradıcılarla bölüşürsünüz, onların yaradıcılığına inam, qəlbinə sevinç bəxş edirsiniz.
Siz 40-dan artıq ölkəni – qələm, söz, xeyirxahlıq və böyük ədəbiyyatla fəth etmisiniz.
Siz bir çox beynəlxalq mükafatlara layiq görülmüsünüz.
Amma ən gözəl tərəfi odur ki, qazandığınız bu uğur və şərəfləri təkbaşına deyil, digər yaradıcılarla da bölüşmüsünüz. Onların arzularına yol açmısınız, mərhəmətinizlə yaradıcılıqlarını yüksəltmisiniz.
Qəlbinizdə insanlığa olan sevgi, səmimiyyət, ədalət və yaxşılıq nə qədər böyükdür! Siz təkcə yazmamısınız – siz yaşamısınız – hər misrada, hər kədərdə, hər sevincdə!
Allah sizin kimi böyük xidmət sahibinin hər bir xeyirxah əməlini sevinc, məhəbbət və sonsuz xoşbəxtliklə mükafatlandırsın.
Sizin sayənizdə mən bir həqiqəti bir daha dərk etdim: Ədəbiyyat heç vaxt təkcə söz deyil. O – qəlblərin bağı, dərdin dərmanı, ümidi işıqlandıran bir nurdur. Və siz – məhz o bağı çiçəkləndirən mərhəmətli bir bağbansınız.
Sizə ürəkdən minnətdarlığımı bildirirəm. Öz adımdan və bütün yaradıcılar adından sonsuz təşəkkür edirəm.

Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar