İşğaldan azad olunan ərazilərdə su təminatının yaxşılaşdırılması məqsədilə bir sıra yeni su anbarlarının tikintisi planlaşdırılır.
Manevr.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev bildirib.
O bildirib ki, artıq Həkəriçay və Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırması və layihə-smeta sənədləri hazırlanıb:
"Həkəriçay su anbarının 91 milyon kubmetr, Bərgüşadçay su anbarının isə 67 milyon kubmetr həcmində olması nəzərdə tutulur. Bu layihələrin icrası Laçın, Qubadlı, Zəngilan və digər rayonların həm suvarma, həm də içməli su ilə təminatına töhfə verəcək.
Sərsəng su anbarı üzrə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması da başa çatmaq üzrədir: "565 milyon kubmetr həcmə malik olacaq su anbarı Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy və Yevlax rayonlarında ümumilikdə 96 min hektar sahənin suvarılmasına xidmət edəcək".
“Qız qalası su anbarı və ondan çıxacaq 52 km-lik magistral kanal, həmçinin Tərtərçay Sağ Sahil suvarma kanalı layihələrinin sənədləri də artıq hazırdır və yaxın zamanda icrasına başlanacağı gözlənilir. Sözügedən layihələr nəticəsində on minlərlə hektar əkin sahəsinin su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq", - İ. Quliyev əlavə edib.
Xəbər lenti
İşğaldan azad olunan ərazilərdə yeni su anbarları tikiləcək

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar