Sizin Reklam Burada
Xəbər lenti
10-08-2025
09-08-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Tarix: 18-06-2025 20:40     Baxış: 4325 A- / A+

Narkotik ittihamı ilə mühakimə edilən şair-tiktoker İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Manevr.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfinin son iki şahidindən biri-İlhamənin saxlanılmasında iştirak edən polis əməkdaşı dindirilib.
Şahid ifadəsində demək olar əvvəlki polislərin dediklərini təkrarlayıb. İlhamə isə bir daha ittihamla razılaşmadığını bildirib, həbsinin əsassız olduğunu iddia edib:
"Mən boyda şəxsiyyətin əlinə qandal vurublar. Cəmiyyətə mən lazımam, azadlıqda da mən olmalıyam. Ağır seyid nəvəsiyəm".
İlhamə daha sonra şahidin ifadəsinə şerlə münasibət bildirib. Bu məqamda prosesə sədrlik edən hakim Anar Sadıqov ona xəbərdarlıq edib:
"Bura sizin üçün şeir demək yeri deyil. Biz də şeirə qulaq asmağa yığışmamışıq. Bir də bu hal təkrarlanmasın" deyə, hakim tələb edib.
Proses sonuncu şahidin dindirilməsini təmin etmək üçün təxirə salınıb. Hakimlər məzuniyyətə getdiyindən növbəti iclas avqustda baş tutacaq.
Qeyd edək ki, İ.Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər."Qafqazinfo"

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar