Xəbər lenti
BQXK Azərbaycanda fəaliyyətini dayandırır

BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyəti dayandırır.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında qeyd olunub.
Məlumat üçün bildirək ki, 30 illik münaqişə dövründə, eləcə də postmüharibə reallığında BQXK-nın Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmamışıq, yalnız kosmetik fəaliyyət imitasiyası müşahidə edilib.
Komitə 2020-ci illərin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndində ofis açmışdı. Həmin vaxt Azərbaycanın israrına baxmayaraq, BQXK ofisini bağlamadı. Hətta 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra belə Beynəlxalq Qızıl Xaç Komitəsi Xankəndidəki ofisini bağlamaqdan imtina etdi.
İndiki durumda isə BQXK-nin fəaliyyətini zəruri edən səbəblər artıq aradan qalxıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar