Xəbər lenti
Ac qalmamaq üçün doğmalarının ətini yedilər, sidikləri ilə ... - FOTOLAR

1972-ci ilin oktyabr ayında “Old Cristians” reqbi klubunun oyunçularının qohumları və sponsorları ilə birgə Uruqvaydan Çiliyə uçduqları təyyarə qar fırtınası ilə rastlaşır və dağla toqquşub, qəzaya uğrayır.
Təyyarənin göyərtəsində cəmi 45 sərnişin var idi. Onların 12-si qəza zamanı həlak olur. Yerdə qalanlar isə sağ qalmaq uğrunda mübarizəyə başlayırlar. Onlar qardan içməli su toplayır, öz sidikləri ilə ayaqlarını və əllərini isidirdilər.

Bir neçə gündən sonra həlak olanları yeməyə qərar verirlər. Öz doğmalarını və dostlarını çeynəmək qorxusu insanları dəhşətə gətirirdi. Buna baxmayaraq, didərgin həyatın elə ilk həftəsində hər kəs hannibala (adamyeyən) çevrilir.
Axtarış əməliyyatı qrupları bəmbəyaz qara bürünmüş dağların arasında qəzaya uğramış təyyarənin hissələrini görə bilmirdilər. “Adamyeyənlər” isə SOS yazmaq üçün rəng tapa bilmirdilər.
2 həftədən sonra qar uçqunu daha 8 nəfərin ölümünə səbəb olur. Bu isə digərlərinin həyatda qalmağına kömək edir.

Komandanın ən güclü 3 üzvü And dağlarını keçib, yol axtarmağa qərar verirlər. Onlara həlak olmuş dostlarının dərisindən corab, təyyarə oturacaqlarının dərisindən isə yatmaq üçün çuvallar tikirlər. Komanda yoldaşlarının səyi yerdə qalmır. 9 gün də keçəndən sonra hadisə yerinə xilasedici vertolyotlar gəlir, sağ qalmış 16 nəfəri xilas etməyə müvəffəq olurlar. Onlar uzun müddət psixoterapevtlər, stomatoloqlar, qastroloqlar tərəfindən müalicə olunurlar.

Bu şəxslər illər sonra öz müsahibələrində o qəzada həlak olmadıqları üçün sevinmədiklərini qeyd ediblər. Əksinə bildirirlər ki, bu cəhənnəmi gözləri ilə görməkdənsə, kaş ölməyi seçərdilər.(publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar