Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılara qan udduran şəxs ələ keçdi - FOTO

Tarix: 07-07-2017 12:56     Baxış: 3976 A- / A+
Azərbaycanlılara qan udduran şəxs ələ keçdi

1990-cı illərdə Moskvada fəaliyyət göstərən “Orexovo-Medvedkovo” kriminal qruplaşmasının lideri Aleksandr Şarapov həbs edilib.
Lent.az-ın Rusiya İstintaq Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, Şarapov 16 il idi, Rusiyada axtarışa verilmişdi.

O, bir neçə qətldə, cinayətkar dəstə yaratmaqda, quldurluqda və digər cinayətlərdə ittiham olunur.

Xatırladaq ki, “Orexevo-Medvedkovo” qruplaşması Moskvanın ən qəddar cinayətkar qruplaşması hesab edilirdi. Əsəsən Moskvanın cənubunda fəaliyyət göstərən bu qruplaşmanın qurbanları arasında xeyli azərbaycanlı da olub. Onlar Moskvanın “Orexevo”, “Domodedovo”, “Kaşirskaya”, “Kantemirovskaya”, “Tsaritsino” və digər metrostansiyaları yaxınlığında ticarət və taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlılara qarşı xüsusi qəddarlıq göstəriblər. Həmin vaxt qruplaşma üzvləri bir neçə azərbaycanlını qətlə yetirmişdilər. Onlarla azərbaycanlının ticarət nöqtələri isə əllərindən alınmışdı. Əksər azərbaycanlılar isə qruplaşmaya böyük məbləğdə haqq ödəyirdilər.

46 yaşlı Şarapov Rusiyanın Vladimir şəhərində saxlanılıb və Moskvaya gətirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar