Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda din xadimləri 5 ildən bir attestasiyaya cəlb ediləcək

Tarix: 16-06-2025 18:35     Baxış: 453 A- / A+

"Dini etiqad azadlığı haqqında" Qanunun 8-ci maddəsinə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri hər beş ildən bir attestasiya edilir. Bu proses Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə həyata keçirilirdi.
Lakin bir müddət əvvəl qanunvericiliyə dəyişiklik edilib, artıq din xadimlərinin attestasiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib.
Manevr.az bildirir ki, mövzu ilə bağlı modern.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, proses qanunvericilik əsasında tənzimlənir:
"Əvvəlki dövrdə din xadimləri arasında attestasiya imtahanını Qafqaz Müsəlmanlar İdarəsi həyata keçirirdi. Hazırda isə bu iş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən reallaşdırılır. Attestasiyanın keçirilməsində məqsəd uyğun kadrların prosesə cəlb edilməsidir. Din xadimliyi kifayət qədər həssas, önəmli və vacib vəzifədir. Burada təsadüfi insanlar təmsil oluna bilməz. Mütləq seçilmiş insanlar, təcrübəsi olan, keçmişi imkan verən insanlar təmsil oluna bilər."
Deputat qeyd edib ki, bu gün attestasiya prosesi dini komitənin mütəxəssislərindən ibarət heyət tərəfindən, Azərbaycan ilahiyyat müəllimləri ilə birgə həyata keçirilir:
"Namizədlər yoxlanılır və onların bu işə uyğunluğu müəyyən edilir. Artıq standart və qaydalar da Komitə tərəfindən müəyyənləşdirilir. Əsasən İlahiyyat İnstitutunun müəllim və tələbələrinə üstünlük verilir. İndidən hansısa ciddi nəticə barədə yekun fikir söyləmək çətindir. İlkin olaraq deyə bilərik ki, müəyyən müsbət tendensiyalar hiss olunur və layiqli kadrların işlə təmin olunması üçün silsilə addımlar və tədbirlər həyata keçirilir. Müsbət tendensiyalar zamanla daha yaxşı nəticələr verəcək və biz daha yaxşı göstəriciləri müşahidə edə biləcəyik".




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar