Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Kürdəmirdə 21 min əhaliyə xidmət edən magistral su boru xətti partlayıb - Şəkil

Tarix: 15-06-2025 21:46     Baxış: 355 A- / A+
Kürdəmirdə şəhər ərazisini və dörd kəndi içməli su ilə təmin edən magistral su borusu partlayıb.

Hadisə iyun ayının 14-də axşam saatlarında magistral borunun Ağsu rayonunun Ərəbmehdibəy kəndindən keçən hissəsində qeydə alınıb.

Dərhal hadisə yerinə Kürdəmir su melorasiya sistemlərinin istismarı idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Su xəttində baş vermiş hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir.

Kürdəmir su melorasiya sistemlərinin istismarı idarəsini rəis müavini Arzu Şahbazov bildirib ki, 21 min sakini içməli su ilə təmin edən Külüllü-Kürdəmir su xəttinin 560 millimetr diametrlik su xəttində qəza baş verib. Həmin andan qəzanın aradan qaldırılması üçün tədbirlər həyata keçirilib. Yaxın saatlarda su təchizatı bərpa olunacaq.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xəttinin inşasına 2011-ci ildə başlanılıb və 2013-cü ildə tamamlanaraq istifadəyə verilib. Bu magistral su xəttindən Kürdəmir şəhəri daxil olmaqla rayonun 4 kəndi o cümlədən Xırdapay,Atakişili,Qaraqocalıvə Çöhranlı kəndlərinin əhalisi mütəmadi olaraq istifadə edir. report

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar