Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)

Tarix: 15-06-2025 13:37     Baxış: 436 A- / A+
Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
Adına özünün də xəbəri olmadan şirkət açılıb, 17 min manata yaxın vergi borcu var.


Hadisə Göyçayın Ərəbşahverdi kənd sakini Elməddin Məmmədovun başına gəlib. İki il əvvəl Bakıda iş axtararkən bir nəfər ona yaxınlaşıb. Elməddinə yaxşı iş vədi verib və onu başqa bir şəxslə tanış edib. Elə hər şeydə bundan sonra baş verib.

Elməddin Məmmədovun sözlərinə görə, bir müddət əvvəl isə ona məktub gəlib ki, 17 min manata yaxın vergi borcu var.

Vəkillər Kollegiyasının üzvü Sadiq Əfəndiyev "Xəzər Xəbər"ə bildirib ki, burada söhbət vətəndaşın aldadılaraq adına hansısa şirkətin təsis edilməsindən gedir ki, bu hallar da son zamanlar geniş yayılıb. Bu şirkətdən şübhəsiz ki, qanunsuz məqsədlər üçün istifadə edilir. Bu cür hallarda vergidən yayınma, pul vəsaitlərinin qanunsuz köçürülməsi, nağdlaşdırılması, hətta ictimai təhlükəliliyi daha böyük olan cinayətlərin törədilməsi mümkündür. Vətəndaş aldadıldığını bildikdən dərhal sonra ilk növbədə həmin şəxslərə verdiyi etibarnaməni və adına açılmış ASAN imza sertifikatını ləğv etdirməli, bundan sonra isə məsələnin ətraflı araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Araşdırma zamanı vətəndaşın həqiqətən də aldadıldığı, yəni onun adından açılan şirkətdən xəbərinin və törədilən qanunsuz əməllərdə iştirakının olmaması müəyyən edildiyi halda, hər hansı hüquqi məsuliyyət daşımır.

Bütün hüquqi məsuliyyət şirkəti faktiki idarə etmiş şəxslərin üzərinə düşür.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar