Sizin Reklam Burada
Xəbər lenti
15-07-2025
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

Sabit tarif sisteminə keçid nə vəd edir? - AÇIQLAMA

Tarix: 12-06-2025 18:39     Baxış: 357 A- / A+

Sabit tarif sisteminə keçid nə vəd edir? -  AÇIQLAMAAzərbaycanda elektrik enerjisi istehlakı üzrə sabit tarif sisteminə keçid müzakirə olunur. Hazırda ölkədə tətbiq olunan differensial tarif mexanizmi istifadə olunan xidmətin həcminə uyğun olaraq dəyişkən qiymətləndirmə üsuluna əsaslanır.

Bu üsula əsasən, elektrik enerjisinin istifadə edilib-edilməməsindən asılı olmayaraq vahid məbləğ ödəniləcək.
Bəs sabit tarif sisteminə keçid nə vəd edir?
Manevr.az-ın xəbərinə görə, iqtisadçı ekspert Eldəniz Əmirov Bakupodt.az-a açıqlamasında bildirib ki, dəyişikliklər həm bu xidməti göstərən qurumlara, həm istehlakçılara, həm də dövlətə öz təsirini göstərəcək:
“Bu təsir hər 3 istiqamətdəə eyni olmayacaq. Xidmət göstərən qurumlar üçün bu dəyişiklik birmənalı olaraq müsbət haldır. Çünki istifadə edilib-edilməməsindən asılı olmayaraq, ödənişin məbləğinin təyin edilməsi və vahid tarifin müəyyən edilməsi onlar üçün əlverişli imkan yaradacaq. Bu həm yığımda özünü göstərəcək, həm də prosesin idarə edilməsi daha rahat olacaq.Vətəndaşlar üçün isə təsirin miqyası tarifin məbləğindən asılı olacaq. Elə bir tarif qoyula bilər ki, bu, simvolik olsun və vətəndaşın cibinə ciddi yük salmasın. Amma elə bir tarif də müəyyən edilə bilər ki, bu, ailə büdcəsinə əlavə maliyyə yükü gətirsin. Buna görə də vətəndaşa təsiri ilə bağlı suala cavab vermək üçün məbləğin özü təsdiq edilməlidir. Amma ehtimal ki, orta statistikadan aşağı tarif müəyyən edilməyəcək".
Ekspertin sözlərinə görə, burada mühüm məqam ondan ibarətdir ki, hətta tariflər yuxarı olsa belə, dövlət bundan bir tərəfdən qazansa da, digər tərəfdən itirəcək:
"Çünki tariflərin yuxarı qalxması, ümumilikdə, ölkədə istehsal olunan məhsul və xidmətlərin qiymətinin artmasına səbəb olacaq, nəticədə inflyasiya sürətlənəcək. İnflyasiyanın artması isə istehlak qiymətləri indeksinin yüksəlməsinə gətirib çıxaracaq. Bu da növbəti ilin əvvəlindən başlayaraq dövlətin maliyyə yükünü artıracaq. Əvvəlcə pensiyaların və sosial ödənişlərin artırılması üçün daha çox vəsait ayrılmalıdır. Bunun ardınca, əhalinin həssas qruplarına əlavə yardımlar göstərilməli olacaq. Eyni zamanda, minimum əməkhaqqı və digər sosial təminatlar da artırılmalıdır. Bununla yanaşı, sosial müdafiə proqramlarının genişləndirilməsi də dövlət üçün əlavə maliyyə öhdəlikləri yaradacaq. Bütün bunlar dövlətin xərclərini əhəmiyyətli dərəcədə artıracaq və nəticədə dövlət özü də əlavə yük altına düşəcək".
E.Əmirov hesab edir ki, bu həssas məsələ olduğuna görə, qapalı dairədə müzakirə olunmamalıdır:
"Geniş müzakirələr, hərtərəfli təhlil və ciddi qiymətləndirməyə ehtiyac var".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar