Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Dövlət Xidməti 75 çimərliyə nəzarət edir

Tarix: 12-06-2025 13:53     Baxış: 362 A- / A+
Dövlət Xidməti 75 çimərliyə nəzarət edir 
Hazırda Fövqəladə Hallar (FHN) Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ümumilikdə 75 çimərliyə nəzarət edir.
Bunu FHN-in Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki sahilində yerləşən çimərlikdə təşkil etdiyi mediaturda nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyib.
"Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir", - o qeyd edib.
FHN rəsmisinin sözlərinə görə, bütün təhlükəsizilik tədbirləri iyun ayının 15-dək yekunlaşacaq:
"Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112 qaynar xəttinə zəng edin", - deyə Aqşin Əlili vətəndaşlara müraciət edib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar