Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu taksilər pulsuz imiş – Ödəniş etməyə bilərsiniz

Tarix: 12-06-2025 10:51     Baxış: 342 A- / A+

Bakıda bu taksilər pulsuz imiş – Ödəniş etməyə bilərsiniz

Bakıda taksi xidmətləri ilə bağlı şikayətlər artır. Yalnız sərnişinlər deyil, sürücülər də narazılıq edirlər. Onlar bildirirlər ki, bir sifarişdə bir neçə ünvan qeyd edilir və bu, həm vaxt itkisi, həm də az gəlir deməkdir. Hətta bəzi hallarda sürücülər yalnız birinci ünvana qədər aparır, çatanda sifarişi yekunlaşdırırlar. Haqlı olaraq, bu da vətəndaşın etirazına gətirib çıxarır.
Sürücü sərnişini təyinat nöqtəsinə çatdırmadan sifarişi dayandıra bilərmi? Bu halda ödəniş edilməlidirmi?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, sürücülər taksi şirkətlərinin şərtlərini əvvəlcədən qəbul edirlər:
“Sürücü sifarişi yarımçıq yerinə yetirirsə, sərnişin ünvana çatdırılmadığı üçün ödəniş etməyə bilər. Bu, vətəndaşın hüququdur. Ümumiyyətlə, taksi sürücüsünün sifarişi şəxsi istəyi ilə və əsaslandırılmadan ləğv etməsi qayda pozuntusudur. Məsələ sərnişinin xeyrinə həll olunmalıdır”.
Ekspert bildirib ki, tərəflər hüquq və vəzifələrini bilməlidirlər:
“Təəssüf ki, sərnişinlərin çoxu bundan xəbərsizdirlər. Eyni zamanda, sürücülərin də öhdəlikləri və hüquqları var. Vətəndaş sifariş verdikdən sonra etik qaydalara əməl etməli, sifarişdən imtina edərkən və ya nəqliyyata əyləşdikdə sürücüyə qarşı hörmətli davranmalıdır. Əksər hallarda sürücü günahkar hesab edilsə də, bəzi araşdırmalar sərnişinin də qaydaları pozduğunu göstərir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar