Sizin Reklam Burada
Xəbər lenti
15-07-2025
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi

Tarix: 11-06-2025 13:17     Baxış: 440 A- / A+


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlində təqsirləndirilən 1998-ci il təvəllüdlü Şəxsət Səfərova hökm oxunub.
Manevr.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə tanınmış həkim-uroloq Elza Binnətova zərərçəkmiş şəxs qismində tanınıb.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən plazada fəaliyyət göstərən cagdas.edu.az saytının və xaricdə ali təhsil agentliyinin rəhbərlərindən olan Şəxsət özünü İstanbul Cərrahpaşa Universitetinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi kimi təqdim edib. O, E.Binnətovaya övladını həmin universitetə qəbul etdirəcəyi vədi verərək 58 min dollar (98 600 manat) alıb. Lakin bir müddət sonra Şəxsət vədini yerinə yetirə bilməyib. E.Binnətova pulları geri tələb etsə də, o, aldığı vəsaiti qaytarmayıb. Həmçinin həkimin övladı Bakıda digər universitetə imtahan verərək qəbul olub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Şəxsət barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli iqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
O, ifadəsində aldığı pulun 40 min dollarını Türkiyəyə göndərdiyini, 8 min dollarını Fatih adlı şəxsə verdiyini, 10 minini isə özünə götürdüyünü deyib: "5 ildir bu işlə məşğulam. İlk dəfədir ki, problemlə qarşılaşıram. Mənim Elza xanımı aldatmaq niyyətim olmayıb. Qarşı tərəflə İstanbul Cerrahpaşa Universitetində övladlarını tibb fakültəsinə qəbul etdirmək barədə razılaşmışdıq. Türkiyədə uşaqları instituta düzəltməklə məşğul olan şəxslərlə üç ildir ki, işləyirdim. Lakin sonuncu dəfə pulu alıb işi düzəltmədilər. Həmin şəxslər iki-üç aya problemi həll edəcəklərini demişdilər, lakin həll edə bilmədilər. Mən pulun qaytarılmasını tələb etmişdim, lakin həmin şəxslər qaytara bilmədilər”.
E.Binnətova isə ifadəsində instaqram sosial şəbəkəsində İstanbul Cərrahpaşa Universitetinə qəbulla bağlı "Çağdaş Eğitim” şirkətinin elanını gördüyünü və onlarla əlaqə saxladığını, lakin qarşı tərəfin onu aldadaraq külli miqdarda pul aldığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin cəza şərti hesab edilib və Şəxsət həbsdən azadlığa buraxılıb. Qeyd edilib ki, təqsirləndirilən tərəf zərərçəkmişə vurduğu ziyanın böyük hissəsini ödəyib və 18 min dollarlıq hissə qalıb. Məhkəmə həmin pulun da tutularaq qarşı tərəfə verilməsi barəsində qərar çıxarıb. Mənəvi zərərlə bağlı 5 min manatlıq mülki iddia isə baxılmamış saxlanılıb."qafqazinfo”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar