Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Təhminə”nin aktrisası insult keçirib - FOTO

Tarix: 11-06-2025 11:08     Baxış: 359 A- / A+
 Moskvada yaşayan və işləyən 75 yaşlı azərbaycanlı aktrisa Larisa Xələfova insult keçirib.
Manevr.az xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində Aktyor Agentliyinin rəhbəri Sabuhi Məmmədov məlumat yayıb.
Onun sözlərinə görə, insult keçirən Larisa Xələfova hazırda xəstəxanadadır və vəziyyəti yaxşılaşır – aktrisanın yanında dostları və yaxınları var. Bildirilir ki, məlum səbəblərdən o, hazırda və qeyri-müəyyən müddətə qədər tam şəkildə işləyə bilməyəcək. Qeyd olunur ki, Larisa Xələfova ilə bağlı bütün qayğıları onun qızı öz üzərinə götürüb və aktrisa maddi yardıma ehtiyac duyur.
Larisa Xələfova 1950-ci il yanvarın 29-da Bakıda anadan olub. 1972-ci ildə B.V.Şukin adına Teatr Məktəbini bitirib. 1972–1974-cü illərdə Sverdlovsk Dram Teatrının aktrisası, 1975-ci ildən isə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub.
O, kinoda 1966-cı ildən çıxış edir – ilk rolu “İstintaq davam edir” filmində Dilyara obrazı olub, həmçinin “Şir evdən getdi”, “Təhminə” (baş qəhrəmanın rəfiqəsi Mədinə rolu – red.), “Xaç yürüşçüsü”, “Kamenskaya” və digər filmlərdəki rolları ilə tanınır.musavat.com



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar