Sizin Reklam Burada
Xəbər lenti
20-11-2025
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Spirtli içki içənlərə qurban əti vermək olar? - İlahiyyatçıdan AÇIQLAMA

Tarix: 05-06-2025 20:38     Baxış: 4135 A- / A+


Spirtli içki içənlərə qurban əti vermək olar? - İlahiyyatçıdan AÇIQLAMA
Sabah müqəddəs Qurban bayramıdır. Bu gündə qurban kəsən hər kəs ehtiyac sahiblərinə kəsdikləri heyvanın ətindən verir, onları sevindirərək, savab iş görürlər.
Lakin burada maraqlı bir məqam var. Qurban əti müqəddəs olduğu halda ondan alkoqollu qəbul edən insanlara vermək olarmı?
İlahiyyatçı, Heydər məscidinin axundu Rüfət Qarayev açıqlamasında bildirib ki, alkoqollu içki içən şəxslərə qurban əti verənlər günah qazanmırlar: 


“Hansı ibadət olursa olsun, onu etməmişdən qabaq mahiyyətini anlamaq lazımdır. Allah “Qurani-Kərim”də buyurur, “Sizin kəsdiklərinizin nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatan sizin təqvanızdır”. Yəni insan Allahı tanıdığı, onu sevdiyi zaman buyrulan əmrləri icra edər. Bununla da, həm Allaha yaxınlaşır, həm də savab qazanar.İsmayıl qurbanı 3 hissəyə bölünür. Hissələr yaxın qohumlara-qonşulara, yoxsullara və qurban kəsən insanın özünə çatar.
İndi alkoqollu içki içən və ya içməyən insanları seçib, fərqləndirmək çətindir. Qurban payı verən insan Allaha yaxınlaşmaq niyyəti ilə bu işi icra edir. Burada günahı qazanan həmin qurban payı ilə şərab və digər spirtli içkilər qəbul edən şəxsdir. Bu günah Allahın qəzəbinə də səbəb ola bilər.
Qurban əti ehsan edən insanlar yoxsullara fəqirlərə, ehtiyac sahiblərinə, qohum-əqrəbaya verməklə məsuldurlar.
Qurban payı alanlar həmin ətə hörmət ehtiramla yanaşmalı və anlamalıdırlar ki, bu ət Allahın rizasını qazanmaq, həmçinin insanlara yardım etmək üçün verilib”.lent.az

Manevr.az


Spirtli içki içənlərə qurban əti vermək olar? - İlahiyyatçıdan AÇIQLAMA


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar