Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Bakcell" tariflərində dəyişiklik etdi

Tarix: 04-06-2025 21:04     Baxış: 3111 A- / A+

"Bakcell” şirkəti tərəfindən göstərilən xidmətlərin istifadə imkanlarını genişləndirmək məqsədilə öncədən ödənişli tariflər üzrə bir sıra yeniliklər tətbiq olunacaq.
Manevr.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Yeni qaydalara əsasən, 04.07.2025-ci il tarixindən etibarən abunəçilər nömrənin açıq qalma müddətini yalnız balans artırmaqla deyil, həm də tarifin abunə haqqını ödəməklə uzada biləcəklər. Bu o deməkdir ki, abunə haqqı ödənildikdə, nömrə tarifin istifadə müddəti ərzində ikitərəfli açıq qalacaq. Nümunə üçün abunəçi xəttin 30 gün açıq qalmasını istəyirsə, sadəcə ona uyğun tariflərdən birini seçib abunə haqqını ödəməsi kifayətdir.
Nömrənin istifadə müddəti ilə bağlı şərtlər dəyişməz olaraq qalır
23.06.2025-ci il tarixindən etibarən "Günboyu 0”, "YeniDoğma”, "ƏlaSAAT”, "İLK”, "CİN 1”, "SevimliCİN”, "DoğmaCİN” və "GəlirliCİN” tariflərinin 30 günlük abunə haqqı 3.99 AZN təşkil edəcək. Bu abunə haqqına uyğun olaraq abunəçilərə bütün istiqamətlər üzrə 40 dəqiqə ölkədaxili danışıq və 400 MB internet təqdim olunacaq.
Bu tariflər üzrə hazırda tətbiq olunan gündəlik, həftəlik və aylıq abunə haqqları dayandırılacaq

Tarifin abunə haqqının ödənilməsi üçün balansda kifayət qədər məbləğ olmadıqda, ödəniş məbləğindən asılı olaraq nömrənin xətti 100 günədək aktiv qalır. Mövcüd tariflər üzrə nömrənin aktiv saxlaması müddətləri ilə bağlı məlumatı növbəti linkdən əldə edə bilərsiniz:https://www.bakcell.com/active-period-of-the-number-based-on-the-tariffs

25.07.2025-ci il tarixindən etibarən aşağıdakı internet paketlərin şərtlərində dəyişikliklər qüvvəyə minəcək. Bu dəyişikliklər yeni internet paketi qoşulmalarına və keçid etmək istəyən abunəçilərə şamil olunacaq:

- Artıq abunəçilər saatlıq internet paketlərini günün istənilən vaxtında, limitsiz sayda əldə edə biləcəklər.
 

 

 - Saatlıq internet paketləri:
İnternet Paketlərinin adı və həcmiQiymət (ƏDV daxil, AZN)İstifadə müddəti
1 saatlıq (limitsiz)0.991 saat
3 saatlıq (limitsiz)1.993 saat
- İri həcmli internet paketləri:
İnternet Paketlərinin adı və həcmiQiymət (ƏDV daxil, AZN)İstifadə müddəti
3 GB8.9928 gün
6 GB11.9928 gün
13 GB18.9928 gün
31 GB28.9928 gün
56 GB38.9928 gün
- Günlük və həftəlik internet paketləri:
İnternet Paketlərinin adı və həcmiQiymət (ƏDV daxil, AZN)İstifadə müddəti
0.35 GB0.991 gün
1.5 GB1.991 gün
2 GB3.997 gün.  
 
 - Bu paketlərin mövcud abunəçiləri qeyd olunan tarixə qədər indiki şərtlərlə istifadə etməyə davam edəcəklər. Dəyişikliklər, göstərilən tarixdən sonra növbəti yeniləmə zamanı avtomatik şəkildə tətbiq olunacaq.
- Eyni zamanda, 25.07.2025-ci il tarixindən etibarən "Günlük 1 GB”, "Həftəlik 1 GB” və "1,5 GB” paketlərinə yeni qoşulmalar dayandırılacaq.
- Qeyd olunan tarixdən etibarən bütün iri həcmli internet paketlərinin istifadə müddəti 28 gün təşkil edəcək.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar