Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Nəvələrimin həyatı təhlükədədir” - Oğlu tərəfindən döyülən ana

Tarix: 04-06-2025 16:12     Baxış: 450 A- / A+
“Nəvələrimin həyatı təhlükədədir” - Oğlu tərəfindən döyülən ana
Sabunçuda anasını döyərək xəsarətlər yetirən 39 yaşlı şəxs həbs edilib.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, anasını döyən Röyal spirtli içki aludəçisidir.
Ona qarşı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Röyal ifadə verən zaman deyib ki, mütəmadi olaraq apteklərdə satılan spirtlərdən alaraq qəbul edir. Buna görə də anası ilə hər gün mübahisə edirmişlər. Röyalın dediyinə görə, anasını döyməsini xatırlamır.
“Əlimlə anamın sifətinə, başına vurandan sonra evdən çıxdım. Baş verənləri tam xatırlamıram. Çox peşmanam”, - deyə Röyal bildirib.
Zərərçəkmiş ana isə dindirilən zaman oğlundan şikayətçi olduğunu, ona cəza verilməsini istəyib.
“Həmin gün də içki içib səbəbsiz yerə mübahisə etməyə başladı. Mübahisə zamanı Röyal üzümə və başıma zərbələr vurdu. Röyal dəfələrlə məni döyüb. Polisə hər dəfə məlumat vermişəm. Qızımın iki azyaşlı uşaqları var. Röyal içkili olarkən gözü heç nə görmür. Onun əlindən evdə qala bilmirik. Mənim və nəvələrimin həyatı təhlükədədir”, - deyə Röyalın anası ifadəsində göstərib.
Röyal məhkəmənin hökmü ilə 3 ay müddətinə azadlıqdan məhrum edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar