Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 57 min aliment borcu yığılmış iki kişi həbs edildi

Tarix: 04-06-2025 14:30     Baxış: 356 A- / A+

Bakıda 57 min aliment borcu yığılmış iki kişi - Həbs edildi

Bakıda keçmiş həyat yoldaşlarına külli miqdarda aliment borcu yaranan 2 kişi həbs edilib.
 
Manevr.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Salyan rayon Sarvan kənd sakini 1988-ci il təvəllüdlü A.Ağayevə 1 il 8 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə təqsirli bilinib.
Qeyd edilib ki, A.Ağayev boşandığı həyat yoldaşına 3 uşağa görə aylıq alimenti uzun müddət ödəməyib və 38 139 manat borcu yaranıb. Əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma (126.1-ci maddə) əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və 2019-cu ildə Əfv Sərəncamının təsir dairəsinə düşmüş şəxs məhkəmə zalındaca həbs edilib.
 
Oxşar hökm Binəqədi Rayon Məhkəməsi tərəfindən də çıxarılıb. Belə ki, məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü T.Əliyev 306-cı maddə üzrə təqsirli bilinərək 1 il müddətə həbs edilib. Onun keçmiş həyat yoldaşına 18 912 manat aliment borcunun yığıldığı və qarşı tərəfə uzun müddətdir ödəniş etmədiyi bildirilib. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş 46 yaşlı kişi məhkəmə zalındaca qandallanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar