Sizin Reklam Burada
Xəbər lenti
20-11-2025
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 320 manata satılan ətirli şamlar: Lüks, yoxsa sağlamlığa təhlükə?

Tarix: 04-06-2025 09:17     Baxış: 465 A- / A+
Bakıda 320 manata satılan ətirli şamlar: Lüks, yoxsa sağlamlığa təhlükə?
Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə maraq doğurub.


Söhbət mağazalardan birində müsbət aura yaratmaq məqsədilə istifadə edilən və minimum 150 manata satılan ətirli şamlardan gedir.

Mağaza nümayəndəsinin sözlərinə görə, sözügedən şamların qiyməti 300-320 manat arasında dəyişir. Bu fərq isə əsasən onların həcmi və yanma müddəti ilə əlaqədardır.

Məsələ ilə bağlı Baku TV paytaxt sakinləri arasında sorğu keçirib.

"320 manata şam alarsınız?" sualına verilən cavablar müxtəlif olub. Bir sakin bildirib: "Pulum olsa, niyə də yox?! Qoxusu müsbət təsir edir, ətirli şamları çox xoşlayıram. Xəstəlik yaratdığı ilə bağlı xəbərlərə isə inanmıram".

Başqa bir sakin isə belə deyib:

"Mən almaram, çünki 720 manat maaş alan adamam".

Bəs bu bahalı şamlar sağlamlıq üçün təhlükə yarada bilərmi?

Həkim Abbas Bağırov qeyd edib ki, ətirli şamların bir sıra mənfi təsirləri var:

"Onların istifadəsi zamanı havaya buraxılan tüstü tənəffüs yollarını zədələyə bilər. Həmçinin allergik reaksiyalara səbəb olmaqla yanaşı, bəzi hallarda xərçəng riski də daşıyır. Estetik baxımdan cazibədar görünsələr də, sağlamlıq üçün zərərli ola bilər".

Həkim həmçinin onu da əlavə edib ki, ətirli şamlar xüsusilə azyaşlılara mənfi təsir göstərir. Belə ki, müxtəlif qoxulu şamlar yandıqdan sonra onların içərisindəki aromatik birləşmələr hava qazları ilə kimyəvi reaksiyaya girir. Bu da uşaqların sonradan sağala bilməyən xəstəliklərə yoluxmasına səbəb ola bilər.

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar