Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndi şəhərində yeni yaşayış binaları tikiləcək

Tarix: 02-06-2025 17:29     Baxış: 3164 A- / A+
Xankəndi şəhərində yeni yaşayış binaları tikiləcək
Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.
Manevr.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bu gün keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda panel çıxışı zamanı bildirib.
Qeyd edib ki, Xankəndi şəhərində inşa edilən yaşayış binalarının əksəriyyəti ötən əsrin 1950-1960-cı illərində inşa olunub:
"Şəhərin müxtəlif küçə və prospektlərində yerləşən və o zamanlar Azərbaycan hökümətinin maliyyə dəstəyi ilə tikilmiş hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti artıq istismar müddətini başa vurub. Əksəriyyəti qəzalı vəziyyətdə olan binalar müvafiq qurumların rəyi əsasında sökülərək yerində müasir, Azərbaycanın memarlıq üslubuna uyğun hündürmərtəbəli yaşayış binaları tikiləcək. İnşaat işləri dövlət büdcəsi hesabına yox, özəl sektor tərəfindən tikinti şirkətləri vasitəsilə həyata keçirəcək. Bu da doğma Xankəndidə dayanıqlı məskunlaşmaya və yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Bir sözlə, özəl sektor tərəfindən həyata kecirləcək tikinti işləri bölgədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar