Sizin Reklam Burada
Xəbər lenti
21-11-2025
20-11-2025
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbovun oğlu daha bir vəzifəsini itirdi

Tarix: 02-06-2025 12:56     Baxış: 4169 A- / A+
Vasif Talıbovun oğlu daha bir vəzifəsini itirdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.

Manevr.az
-ın xəbərinə görə, o, bundan sonra Azərbaycan Şahmat Federasiyanının (AŞF) rəhbərliyində təmsil olunmayacaq.

S.Talıbov qurumun İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürməyib.

AŞF-nin hazırda davam edən Konfransında İcraiyyə Komitəsi üzvlüyünə namizədlər siyahısında onun adı yoxdur. O, toplantıya da qatılmayıb.

Əvvəlki tərkiblə müqayisədə Cahangir Ağakərimov da İcraiyyə Komitəsində yer almayıb. Onları Bəxtiyar Məmmədov və Yaqub Hüseynov əvəzləyib.

İcraiyyə Komitəsinin digər üzvləri Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva və Elnur Əliyev isə növbəti dörd il müddətində də fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, Seymur Talıbov 2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsini tuturdu. Onun rəhbəri olduğu Naxçıvan Şahmat Federasiyası isə 2024-cü ildə ləğv olunub./teleqraf


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar