Sizin Reklam Burada
Xəbər lenti
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

“16 yaşlı qızın toyunda iştirak edən hər kəs...” - Deputat narahatdır

Tarix: 30-05-2025 15:14     Baxış: 4115 A- / A+
"Boşanma və yeniyetmələrin cinayətləri artır, ailə institutunu qorumalıyıq".
Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumat"ın müzakirəsi zamanı ailə və cəmiyyət dəyərləri ilə bağlı narahatlığını ifadə edərkən deyib.
Deputat bildirib ki, son illər cəmiyyətdə boşanmaların və yeniyetmələr arasında cinayət hallarının artması ciddi narahatlıq doğurur:
"Ailə institutunun qorunması üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Təəssüf ki, bəzi televiziya verilişləri ailə dəyərlərinə zidd məzmun təqdim edir və bu da prosesə mənfi təsir göstərir. Belə verilişlərin dayandırılmasının vaxtı artıq çatıb".
Ceyhun Məmmədov əlavə edib ki, bu istiqamətdə yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür:
"16 yaşlı qızın toyunda iştirak edən hər kəs bu qanunsuzluğa şərikdir. Bütün cəmiyyət buna biganə qalmamalıdır", - deyə deputat vurğulayıb.milli.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar