Xəbər lenti
Araz Musayev danışdı, adlar çəkdi: “Killer göndərib...”

Manevr.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında ötən gün Antalyada bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev deyib.
O bildirib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.
O qeyd edib ki, beşbarmaqla bir zərbə üzündən, başından və bədənindən iki yerdən bıçaqla vurublar: "Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Ona da dəstək verən isə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim".
Azərbaycan Kikboksinq Federasiyasından saytımıza bildirilib ki, bu hadisəni törədən şəxsləri nə Azər Həsənsoy, nə də Elşən Abdulrəhimov tanıyır.
"Federasiya olaraq Araz Musayevin vurulmasını pisləyirik", - deyə qeyd edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar