Sizin Reklam Burada
Xəbər lenti
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu il Azərbaycanda doğulan uşaq neçə il yaşayacaq? - Maraqlı statistika

Tarix: 29-05-2025 09:51     Baxış: 4107 A- / A+
Bu il Azərbaycanda doğulan uşaq neçə il yaşayacaq? - Maraqlı statistika
BMT-nin "Dünya əhalisinin perspektivləri” adlı hesabatı yayımlanıb.

Manevr.az
-ın məlumatına görə, hesabatda dünyanın ən yüksək orta ömür uzunluğunin Monakoda qeydə alındığı bildirilib. Bu il həmin ölkədə doğulan bir uşaq orta hesabla 87 il yaşaya bilər.

Qeyd edək ki, gözlənilən ömür uzunluğu bütün yaş qruplarında ölüm səviyyələrinin cari ildəki kimi qalacağı təqdirdə, bir insanın ortalama neçə il yaşayacağının proqnozlaşdırılmış göstəricisidir.

Ən uzun ömür gözlənilən ilk on ölkə və ərazilər bunlardır: San-Marino – 86 il, Honqkonq, Yaponiya, Cənubi Koreya, Sen-Bartelemi – 85 il, Andorra, Fransız Polineziyası, İsveçrə, Avstraliya – 84 il.

Regional baxımdan ən yüksək ömür uzunluğu Qərbi Avropa ölkələrində qeydə alınır. Şərqi Avropa ölkələrində isə bu göstərici bir qədər aşağıdır.

Azərbaycanda bu il doğulan bir uşağın orta hesabla 80 il yaşaması proqnozlaşdırılır. Qonşu ölkələrdən Türkiyə və İranda 78, Rusiyada 74 yaşdır.

Digər tərəfdən, bir sıra Afrika ölkələrində bu göstərici 60 ildən aşağıdır. Ən aşağı orta ömür uzunluğu isə Nigeriyada müşahidə olunur – cəmi 55 il.modern.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar