Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kallas xahiş etdi, Bakı razılaşdı - Bu şəxs azadlığa çıxdı

Tarix: 27-05-2025 16:14     Baxış: 3115 A- / A+
Azərbaycan dövləti qanunun aliliyini təmin etməklə yanaşı, humanist mövqe də nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 26-da imzaladığı əfv sərəncamı ilə 220 nəfəri azadlığa buraxılması bunu deməyə əsas verir. Göründüyü kimi ölkəmizdə ədalət prinsipi ilə yanaşı, mərhəmət və humanizm də dövlət siyasətinin təməl sütunlarındandır.
Əfv olunanlar arasında bir nəfər xüsusilə diqqət çəkir. Bakı metrosuna qraffiti çəkdiyi üçün 3 il həbs cəzası alan Fransa vətəndaşı Teo Klerk...O, 2024-cü ilin mart ayında Bakı Metropoliteninin deposuna qanunsuz daxil olaraq qatar vaqonlarını boyamışdı. Bu hadisədən sonra saxlanılmış və məhkəmə onu Cinayət Məcəlləsinin 221.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmişdi.
Bu dəfəki sərəncamla əfv olunan Teo Klerk sentyabrda keçirilən məhkəmədə ictimai təhlükəli əməldə təqsirli bilinərək həbs cəzası almışdı. Bir çoxları bu qərarı sərt saydı, lakin məsələ sadə vandalizm deyildi - Azərbaycan metroda dəfələrlə terrorla üzləşmiş ölkədir.

1994-cü ildə erməni terrorçularının törətdiyi metro partlayışlarında onlarla insan həlak olmuşdu. Bu faciələrdən sonra metro Azərbaycanda təkcə nəqliyyat yox, milli təhlükəsizlik məsələsinə çevrilib. Belə həssas sahədə istənilən icazəsiz müdaxilə çox ciddi qəbul olunur. Məhz bu səbəbdən də Teo Klerkin addımı yalnız "divar yazısı" kimi yox, ictimai təhlükəsizlik baxımından qiymətləndirildi.
Teo Klerkin əfv olunması üçün Azərbaycan tərəfinə müxtəlif ölkə və beynəlxalq qurumlardan müraciətlər daxil olmuşdu. Lakin əldə etdiyimiz məlumata əsasən, bu qərarı doğuran əsas səbəb Bakıya səfəri zamanı Estoniyanın Baş naziri Kaya Kallasın Prezident İlham Əliyevlə görüşdə etdiyi şəxsi xahiş olub. Rəsmi Bakı bu müraciətə xüsusi yanaşıb və Teo Klerkin əfv olunmasına razılıq verilib.
Burada xüsusi vurğulanmalı məqam odur ki, əfv qərarı Fransa ilə münasibətlər fonunda deyil, məhz Kaya Kallasın səmimi, strateji və realist mövqeyinə verilən qiymət əsasında baş tutub. Bakı Kallasın regiona baxışını, Azərbaycanın rolunu düzgün qiymətləndirməsini və digər ölkələrə baş çəkmədən yalnız Bakıya gəlməsini diplomatik ciddiyyətin əlaməti kimi qəbul edir. Onun regionun gələcəyi ilə bağlı yanaşması və Azərbaycanın strateji çəkisini anlaması Azərbaycanda yüksək qiymətləndirilir.
Əgər Avropa İttifaqına üzv hansısa ölkə bu əfvlə bağlı təşəkkür etmək istəyirsə, bu təşəkkürü Kaya Kallasa bildirsin. Çünki bu qərarın verilməsində əsas rol onun müraciəti və mövqeyi olub. Azərbaycanda bu tip müraciətlərə dəyər verilir, amma bu dəyərin əsas ölçüsü həmin şəxsin Azərbaycanın maraqlarını nə dərəcədə başa düşməsi ilə bağlıdır. Kallas isə bunu sübut etdi.
Beləliklə, Teo Klerkin əfvi təkcə bir məhkumun azadlığa çıxması deyil, həm də Azərbaycan diplomatiyasının çevikliyinin, Prezident İlham Əliyevin humanist siyasətinin və dost niyyətlə edilən müraciətlərə açıq münasibətinin göstəricisi oldu. Bu qərar bir daha göstərdi ki, Azərbaycan həm ədalətə, həm təhlükəsizliyə, həm də insani yanaşmaya önəm verir və beynəlxalq münasibətlərdə səmimiyyətə dəyər verir.milli.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar