Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bütün məscidlərdə Alxanlı şəhidləri yad ediləcək

Tarix: 06-07-2017 11:48     Baxış: 3416 A- / A+
Bütün məscidlərdə Alxanlı şəhidləri yad ediləcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə 7 iyul tarixində paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə, habelə İdarənin xaricdəki səlahiyyətli nümayəndəliklərinin fəaliyyət göstərdiyi məkanlarda cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, din xadimlərinə sabahkı cümə xütbələrində erməni vandalizminin növbəti təzahürü olan 4 iyul təxribatı - dinc əhaliyə qarşı mütəmadi törədilən qadın, uşaq və qocaların qətlləri barədə moizə edilməsi tapşırılıb. İdarənin xaricdəki səlahiyyətli nümayəndələrinə isə fəaliyyət göstərdikləri ölkələrin ictimaiyyətinə xalqımıza qarşı təcavüzün, erməni vəhşiliklərinin mahiyyəti barədə həqiqətləri çatdırmaq tapşırığı verilib.

A.Paşazadə Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar