Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu gündən Cocuq Mərcanlıya köç başlayıb

Tarix: 05-07-2017 17:15     Baxış: 4456 A- / A+
Bu gündən

Cocuq Mərcanlıda salınmış yeni qəsəbəyə ilk mərhələdə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK)AzVision.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə tikilən yeni qəsəbəyə ilk mərhələdə 4 ailə köçürülüb.
Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvlərinin və Cəbrayıl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə bu gün Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki su təsərrüfatı idarəsinin həyətində və ətraf kənddə məskunlaşmış 4 məcburi köçkün ailəsi yola salınıb.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev bildirib ki, Cocuq Mərcanlı hələ 1994-cü ildə uğurlu Horadiz əməliyyatı ilə işğaldan azad olunub: "Lakin yaxınlıqdakı Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzaladı. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı. Bu gündən Cocuq Mərcanlıya qayıdışa start verilir. İlk növbədə 4 ailə köçürülür. Ümumilikdə isə Cocuq Mərcanlıya 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək. Sakinlər orada öz təsərrüfatlarını yaradacaq, kənd işləri ilə məşğul olacaqlar. Yeni salınan qəsəbədə bunun üçün hər cür şərait yaradılıb. Cocuq Mərcanlıda tikilən evlər qəsəbədə yaşayacaq məcburi köçkünlər arasında püşkatma yolu ilə paylanılıb və köçürülmə işləri bu həftənin sonunadək başa çatdırılmalıdır”.azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar