Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Sərhəddə təxribatçı məhv edildi

Tarix: 05-07-2017 13:16     Baxış: 3341 A- / A+
Sərhəddə təxribatçı məhv edildi


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik və psixotrop vasitələrin qanunsuz döv­riy­yəsinin, qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliy­yətlərini uğurla davam etdirir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən İstiPress-ə verilən məlumata görə, sərhədçilər yük­sək peşəkarlıq nümayiş etdirərək növbəti dəfə dövlət sərhədinin pozul­masının və külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını alıblar. Belə ki, iyulun 5-də saat 01:00 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkar edilib. Təqib olunan sərhəd pozucusu sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriyə qaçmağa cəhd göstərib. Havanın qaranlıq və ərazinin mürəkkəb relyefə malik olması səbəbindən sərhəd pozucusunun müqabil tərəfə keçməsinin qarşısını almaq məqsədilə sərhəd naryadının "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq silah tətbiq etməsi nəticəsində sərhəd pozucusu yaralanıb, ilk tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı güllə yarasından vəfat edib. Sərhəd pozucusunun üzərinə baxış zamanı bir ədəd gecə görmə cihazı və 2 ədəd bağlamada 8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.istipress

Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar