Xəbər lenti
Azərbaycanda məmur işdən qovuldu

Oğuzda Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru işdən çıxarılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, qanun pozuntularının qarşısının alınması məqsədilə meşə sahələrində aparılan yoxlamalar davam etdirilir.
Nazirliyin Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq aprel ayında Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılıb. 10 meşə dolayında həyata keçirilən yoxlama nəticəsində, ümumilikdə 2061,5 m3 həcmində 16204,99 manat məbləğində qanunsuz qırıntı aşkar edilib. Aşkar olunmuş nöqsan və qanun pozuntularının qarşısının alınması, həmçinin belə halların bir daha təkrar olunmaması, iş və icra intizamının günün tələbi səviyyəsində təmin edilməsi məqsədilə Departamentin müvafiq əmrinə əsasən 4 mühafizə işçisi işdən çıxarılıb, 7 nəfər barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb.
Oğuz MMBM-də aparılmış bu yoxlamanın nəticələrinin müəssisənin fəaliyyətində dönüş yaradıb-yaratmamasını araşdırmaq məqsədilə 20-25 iyun 2017-ci il tarixlərində Nazirlikdə yaradılmış Komissiya tərəfindən meşələrin qorunub mühafizə olunması vəziyyəti yenidən yoxlanılıb. Yoxlama zamanı 9 meşə dolayında, ümumilikdə 292,52 m3 həcmində, 1834,30 manat kök üstə nırx dəyərində qanunsuz qırıntı aşkar edilib. Görülmüş intizam tənbehi tədbirlərindən nəticə çıxarılmadığına, əksinə qanunsuzluqlara təkrar yol verildiyinə görə, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyətinin kompleks araşdırılıb başa çatdırılması məqsədilə növbəti dəfə geniş tərkibdə komissiya yaradılıb.
Aparılacaq araşdırmaların obyektiv, hərtərəfli tam həyata keçirilməsi və bu zaman kənar təsirlərin minimuma endirilməsi məqsədilə müəssisənin direktoru Bayram Umarov tutduğu vəzifədən azad edilib. Hazırda komissiya tərəfindən araşdırma davam etdirilir, tam olaraq yekunlaşdıqdan sonra digər cavabdeh meşə işçiləri barəsində də ciddi intizam tənbehi tədbirləri görüləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar