Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatdan xaricdə yaşayan azərbaycanlı qızlara ÇAĞIRIŞ — “Erməni oğlanlara ərə getməyin!”

Tarix: 04-07-2017 11:49     Baxış: 4388 A- / A+
Deputatdan xaricdə yaşayan azərbaycanlı qızlara ÇAĞIRIŞ —

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev bu yaxınlarda Rusiyada yaşayan azərbaycanlı iş adamı Eldar Osmanovun qızı Lolitanın erməni sahibkar Albert Avdolyanın oğlu Qasparla ailə həyatı qurmasını pisləyib.
R.Rzayev “Ölkə.Az”-a açıqlamasında bildirib ki, son vaxtlar bəzi azərbaycanlı qızların ermənilərlə ailə həyatı qurması xoşagəlməz haldır.

“Ermənilərlə ailə həyatı quran azərbaycanlı qızlar uzun müddətdir xaricdə yaşayan ailələrdir. Bilirsiniz, Azərbaycan xalqı müdrik və qədirbilən xalqdır. Çox təəssüf ki, Azərbaycanın 70 illik Sovet İmperiyası əsarətində olduğu dövrdə bütün xalqlar kimi, azərbaycanlılar arasında da kosmopolit düşüncəli insanlar olub. Belə insanlar indi də var və bu cür mənfi addımları həyata keçirə bilirlər. Heç bir halda mən buna müsbət baxa bilmərəm. Çünki ermənilər tarixən azərbaycanlılara qarşı düşmən mövqeyində olublar. Belə bir halda azərbaycanlı qızların erməni oğlanlarla ailə həyatı qurması ilk növbədə həmin azərbaycanlı ailələrin özlərinə hörmət gətirmir. Mən birmənalı olaraq bu cür addımları mənfi qiymətləndirirəm”.

Deputat sözügedən məsələ ilə bağlı soydaşlarımıza çağırış da edib:

“Soydaşlarımıza deyəcəyim odur ki, Azərbaycan Respublikasının Prezidenti və lideri cənab İlham Əliyevin səyləri və şəxsi nüfuzu hesabına ölkəmizin ərazi bütövlüyü birmənalı olaraq həll olunacaq. Buna hər bir azərbaycanlı kimi mən də əminəm. Mən öz liderimə, generalıma, zabitimə və əsgərimə arxayınam ki, biz bunu edə biləcəyik. Bütün Azərbaycan xalqı da bu prosesin içərisində olacaq”.

Xatırladaq ki, 2016-cı ildə Rusiyada yaşayan Leyla adlı azərbaycanlı qız da Artyom Xaçaturyan adlı erməni oğlanla ailə həyatı qurduğunu gündəmə gətirib.

Bir çox sosioloq və ekspertlər isə son zamanlar xaricdə yaşayan bəzi azərbaycanlı qızların ermənilərə ərə getməsinin arxasında məkrli planın olduğunu iddia edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar