Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Vəzifəli şəxsləri döyən ata və 2 oğul həbs edilib

Tarix: 04-07-2017 11:32     Baxış: 3392 A- / A+
 Vəzifəli şəxsləri döyən ata və 2 oğul həbs edilib


Lerikdə meşəçilərə ağır bədən xəsarətləri yetirən ata və iki oğlu tutulub.
Lənkəranın Gəgiran kənd sakinləri İdris Novruzov və onun oğlanları Adil Novruzov və Rövşən Novruzov Lerik rayon polis əməkdaşları tərəfindən saxlanılıb.
Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bu il iyulun 1-də gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin “Qaz 66” markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu bildirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin moto pilə ilə ağacları kəsdiyinin şahidi olublar. Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri meşə işçilərinə hücum edib. Əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər. Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb. Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb.azerbaycan24

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar